İran İslam Respublikasının xarici işlər naziri 5+1 qrupu tərəfindən İran xalqının nigaranlıqlarının aradan qaldırılmasını vurğulayaraq deyib: Biz ciddi, məqsədli və müəyyən olunmuş zaman cədvəli çərçivəsində müzakirə ardıncayıq.
Polşa xarici işlər nazirinin müavini Yuqoslav Vinid Tehranda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək ikitərəfli münasibətlər və region məsələləri barəsində danışıqlar aparıb.
İran xarici işlər naziri bu görüşdə İranın “Altılıq” ölkələri (3 Avropa ölkəsi, üstəgəl ABŞ, Çin və Rusiya) ilə nüvə müzakirələri prosesinə toxunaraq deyib: Bu mərhələdə önəmli olan budur ki, onlar İran xalqının nigaranlıqlarını aradan qaldırsınlar. Biz ciddi, məqsədli və müəyyən olunmuş zaman cədvəli çərçivəsində müzakirə ardıncayıq.
Bu görüşdə Yuqoslav Vinid də İranla Polşanın 500 illik münasibətlərinə toxunaraq Polşa xarici işlər nazirinin növbəti səfərinin Tehran olmasını müxtəlif sahələrdə iki ölkə münasibətlərinin genişlənməsi üçün münasib fürsət adlandırıb və nüvə müzakirələrində müsbət nəticələrin əldə olunmasına ümidvarlıq edib.