DünyaXƏBƏRLƏR

Naməlum şəhidin anası yuxuda oğlunun qəbrini tanıdı

Şəhid anası dəfələrlə şəhid oğlunu yuxuda görür və oğlu yuxuda ona deyir: Ana mən qayıtmışam, niyə mənim sorağımı tutmursan.

Şəhid Məcid Əbutalibinin anası oğlunu dəfələrlə yuxuda gördükdən sonra DNA araşdırmaları mərkəzinə müraciət edir və araşdırmaların aparılmasından sonra Kəhfül-Şühəda şəhidlərinən olan Məcid Əbutalibin cənazəsinin kimliyi müəyyənləşib və Kəhfül-Şühəda qəbiristanlığında dəfn edilib.

Bu şəhidin adı Məcid Əbutalibi olub və 30 il öncə İran və İraq sərhədində yerləşən Sumar məntəqəsində, Müslüm bin Əqil əməliyyatı zamanı şəhid olub. Bu şəhidin digər qardaşı Fərid Əbutalibi də Müqəddəs Müdafiə illəri şəhidlərindəndir.

Şəhid Əbutalibinin anası dəfələrlə şəhid oğlunu yuxuda görür və oğlu yuxuda ona deyir: Ana mən qayıtmışam, niyə mənim sorağımı tutmursan.

“Laboratoriyada aparılan analizlər zamanı oğlum dəfələrlə yuxuma girərdi. Hər dəfə onu daş bir otaqda müşahidə edirdim. Oğlumun qəbrini ziyarət etmək üçün bura gəldiyim zaman bütün öncəki səhnələr mənim üçün canlandı və Allahdan çox razıyam ki, intizarıma son qoydu.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu