DünyaİranXƏBƏRLƏR

Salehi: Nüvə məsələsinin çıxılmazlıqdan çıxması prosesi başlanıb

İran İslam Respublikasının Atom Enerji Təşkilatının sədri deyib: İranın nüvə məsələsinin çıxılmazlıqdan çıxması prosesi başlanıb.

Əli Əkbər Salehi çərşənbə axşamı günü Tehranda müxbirlər qarşısında Cenevrədə İran ilə altılar qrupu arasında nüvə danışıqlarının ikinci dövrü haqda vurğulayıb: Bu danışıqların birinci dövründə müşahidə olunmuş nişanələrə əsasən, İranın nüvə məsələsi həll olunmaqdadır.

İranın Atom Enerji Təşkilatının sədri İran ilə altılar qrupu arasında noyabrın yeddisi və səkkizində keçiriləcək nüvə müzakirələrinə nikbinliklə yanaşaraq, əlavə edib: Müqabil tərəf dərk edibdir ki, bu sahədə təzyiq və təhdid ilə bir nəticə almır.

Salehi söyləyib: Nüvə danışıqlarında uduş-uduş nəticəsinin əldə olunması həm İran İslam Respublikasının, həm də beş üstəgəl bir qrupu ilə dünya ictimaiyyətinin xeyrinədir.

Salehi habelə İran ilə MAQATE arasındakı danışıqlarda həmkarlıq üçün razılaşdırılmış çərçivə barədə deyib: İran və MAQATE ümumilikdə razılığa gəliblər, lakin keçmişdən bir sıra məsələ və iddia qalıbdır ki, öz zamanında lazımi üsulla nəzərdən keçirilməlidir.

İranın Atom Enerji Təşkilatının sədri ümidvarlıq edib ki, MAQATE-nin baş direktoru- Yukiya Amanonun noyabrın on birində Tehrana səfərində iki tərəf işin gedişi barədə bir nəticəyə çata və imkan daxilində müştərək bir bəyanat yaya bilsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu