Suriyanın paytaxtı Dəməşq şəhərinin ətrafında yerləşən Rif Dəməşq məntəqəsindəki kəndlərdən birinin terrorçulardan təmizlənməsi ilə insanlar öz evlərinə geri dönməyə başlayıblar.
Rusiya əl-Youm bildirir ki, terrorçuların davamlı hücumlarına görə öz evlərini tərk etməyə məcbur olmuş Rif Dəməşq məntəqəsində yerləşən əl-Ətibə kəndinin sakinləri, kəndin terrorçulardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsinin ardınca öz evlərinə qayıdıblar.
Suriya ordusu ötən günlər ərzində Dəməşqin ətrafında terrorçulara qarşı geniş əməliyyatlar keçirərək, onları geri çəkilməyə məcbur edib. Bu əməliyyat zamanı onlarla terrorçu da məhv edilib. Beləliklə Dəməşqin ətrafında yerləşən bir neçə kənd terrorçulardan təmizlənib və insanlar öz evlərinə dönməyə başlayıblar.
