Yunanıstanda işçilərin dövlətin sərt iqtisadi siyasətlərinə etiraz olaraq kütləvi şəkildə 6 noyabr tarixində tətil aksiyası keçirmələri ölkəni iflic edib.
Bu tətil aksiyası Yunanıstanın özəl və dövlət sektoru işçiləri birliyinin dəvəti ilə və Troyka(Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu) nümayəndələrinin Yunanıstanın dövlət borclarının qaytarılması yollarını araşdırmaq üçün Afinaya daxil olmalarından bir gün sonra keçirilib.
Bu məlumata görə, məktəb müəllimləri, həkimlər, bələdiyyə işçiləri, maşinistlər və avtobus sürücüləri də bu aksiyaya qatılıblar.
Yunanıstan altıncı ildir ki, iqtisadi böhrandan əziyyət çəkir və hökumətin sərt iqtisadi qənaət siyasətinə baxmayaraq, ölkədə işsizlik səviyyəsi 27 faizə çatıb.