İran İslam Respublikası və 5+1 Qrupu arasındakı növbəti nüvə müzakirələrinin nəticələri ilə bağlı yekunlaşdırma iclası İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Aştonun iştirakı ilə Cenevrədə baş tutacaq.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Aşton ilə nüvə müzakirələrinin nəticələri ilə bağlı yekunlaşdırma iclasının zamanı barəsində deyib: Hazırda bu istiqamətdə lazımi ahəngdarlıqlar aparılır. Hazırkı məqamda 5+1 Qrupu üzvləri öz aralarında mövqelərini ahəngdarlaşdırmaqla məşğuldurlar ki, İran heyəti ilə görüş zamanı mətnin hazırlanmasına hazır olsunlar.
Zərif müzakirələrin qəti nəticəsi barədə də deyib: Ümidvaram tərəflər birinci və sonuncu addım və müştərək maraqlar əsasında ortaq bir məxrəcə gələ bilsinlər ki, daha sonra ilk addımı icra edə bilək.
İranın baş nüvə müzakirəçisi əlavə edib: İran və 5+1 Qrupu arasındakı anlaşmanın icrasına zəmanət tərəflərin xoşməramlılığıdır.
ABŞ dövlət katibi Con Kerri də Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Aştonun dəvəti ilə Yaxın Şərqə olan səfərini yarımçıq qoyaraq, Cenevrəyə səfər edib. Fransa xarici işlər naziri Loren Fabios da Cenevrəyə yola düşüb.
Fransa xarici işlər naziri Cenevrəyə daxil olduqdan dərhal sonra İran ilə 5+1 Qrupu arasındakı müzakirələrdə irəliləyişin olduğunu amma, hələ ki, iki tərəf arasında heç bir anlaşmanın əldə edilmədiyini deyib.
İngiltərə və Almaniya xarici işlər nazirləri Uilyam Heyq və Gido Vestervelle də müzakirələrdə iştirak etmək üçün Cenevrəyə səfər ediblər.
İran və 5+1 Qrupu arasındakı növbəti nüvə müzakirələri cümə axşamı, 7 Noyabr 2013-cü il tarixində Cenevrədə işə başlayıb.