Məlumatlı mənbələr Türkiyə və Qətərin Misirə terrorçu göndərmələrindən xəbər verib.
Fələstinin əl-Minar qəzeti dünənki sayında bu mənbələrə istinadla ifşa edib ki, Türkiyə və Qətər bəzi beynəlxalq qrupların ahəngdarlığı və terrorçuların yetişdirilməsində aktiv rolu olan şirkətlərin əməkdaşlığı ilə bir müddət öncədən Misirə, xüsusilə də bu ölkənin Sina məntəqəsinə göndərilməsi üçün terrorçuların toplanması və onlara xüsusi təlimlərin keçirilməsinə başlayıblar.
Bu məlumata görə, bu terrorçular Misirin təhlükəsizlik qüvvələrinə qarşı terror hücumları həyata keçirdikdən sonra, ölkənin digər vilayətlərinə yayılaraq, ölkədə vəziyyəti gərginləşdirməyə çalışacaqlar.