DünyaXƏBƏRLƏR

Sionist qəsəbə sakinləri Məsciduləqsaya hücum ediblər

Sionist qəsəbə sakinləri yenidən Məsciduləqsanı hücuma məruz ediblər.
Fələstinin internet xəbər portalı bir məlumatda sionist qəsəbə sakinlərinin cümə axşamı günü ( 14 noyabr) Sionist rejim qüvvələrinin himayəsi altında bir daha Məsciduləqsaya basqın edərək bu müqəddəs məkana hörmətsizlik etdiklərini bildirib.
Sionist qəsəbə sakinlərin bu müqəddəs məkana daxil olmaları ardınca məscidin həyətindəki fələstinli namazqılanlar və ruhanilər bu təcavüzə etiraz olaraq şüar verib və onların məscidin həyətindən qovublar.
Eyni halda , Sionist rejimin polis qüvvələri gənc bir fələstinlini həbs edərək onu özləri ilə aparıblar.
Sionist qəsəbə sakinləri daim Məsciduləqsaya və İordan Çayının Qərb Sahlində və Qüdsdə yaşayan fələstinliləri hücuma məruz edirlər ki, beləliklə fələstinlilər öz ev-eşiklərini və ya bu məscidi tərk etməyə məcbur olsunlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu