DünyaXƏBƏRLƏR

Əfxəm: İranın prinsipial siyasəti qonşular ilə münasibətlərin genişləndirilməsidir

 İranın Xarici İşlər Nazirliyinin sözçüsü qonşu və müsəlman ölkələrlə sülh və təhlükəsizliyin gücləndirilməsi, hərtərəfli münasibətlərin genişləndirilməsi və bağlılıqların möhkəmləndirilməsini İran İslam Respublikasının prinsipial siyasəti adlandırıb.

 
İranın Xarici İşlər Nazirliyinin sözçüsü- Mərziyyə Əfxəm bu gün deyib: İran İslam Respublikasının prinsipial siyasəti daim region sülhü və təhlükəsizliyinin gücləndirilməsi, qonşu və müsəlman ölkələrlə hərtərəfli münasibətlərin inkişaf etdirilməsi və bağlılıqların möhkəmləndirilməsi çərçivəsində olub və bu siyasət ciddi şəkildə davam etdiriləcək.
Əfxəm həmçinin Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin üç İran adası olan Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları haqdakı sözlərinə reaksiyada vurğulayıb: Bu adalar İrana aid olub və olacaq və onların tarixən İrana mənsub olması inkarolunmaz bir reallıqdır.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Yaxın Şərq məntəqəsi və Fars Körfəzindəki cari reallıqlara diqqətsizliyə əsaslanan hər cür ifadələr regional inteqrasiya və region ölkələrinin əlaqələrinin güclənməsinə kömək etməyəcəkdir.
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri- Şeyx Əbdullah Bin Zaid Ali-Nəhyan çərşənbə günü Əbu-Dəbidə Almaniyanın xarici işlər naziri- Gido Vestrule ilə birgə mətbuat konfransında bir daha iddia edibdir ki, Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları Birləşmiş Ərəb Əmirliklərinə aiddir.
Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin iddiaları elə bir halda müxtəlif zamanlarda irəli sürülübdür ki, İran İslam Respublikasının məsul şəxsləri dəfələrlə güclü tarixi sənədlərə istinad edərək, Birləşmiş Ərəb Əmirliklərinin puç iddialarına cavab veriblər.
Birləşmiş Millətlər Təşkilatı Universitetinin tədqiqatçı müşaviri- Piruz Müctəhidzadənin sözlərinə görə, İranın üç adası haqda yeddi sənəd imzalanıb və Birləşmiş Ərəb Əmirlikləri dövləti də bu sənədləri imzalayıbdır.
Bu sənədlərə əsasən, Birləşmiş Ərəb Əmirlikləri dövlətinin İranın üç adası haqdakı təkrar münasibət bildirməsi göstərir ki, Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri heç bir prinsipə sadiq deyillər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu