AzərbaycanXƏBƏRLƏR

Şeyx və Prezident Bakıda Pravoslav Mərkəzini açdılar

Azərbaycan Respublikasında Aşura gününə dövlət səviyyəsində tam laqeydlik olunsa da  yalnız iki gün sonra Bakıda Pravoslavlara aid mərkəzin möhtəşəmliklə  dövlət səviyyəsində açılışı olub.

 
Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi Şeyx və Prezidentin iştirakı ilə noyabrın 15-də rəsmən açılıb.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitə baxıb, daha sonra çay süfrəsi arxasında görüş olub.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı və Azərbaycan arxiyepiskopu, Vereyski arxiyepiskopu, Moskva Pravoslav Ruhani Akademiyasının və Seminariyasının rektoru, Berlin və Alman arxiyepiskopu, Bakı Dağ Yəhudiləri icmasının sədri, Avropa yəhudilərinin Bakı icmasının sədri, Qırmızı qəsəbə dağ yəhudiləri icmasının sədri, Alban-udin icmasının sədri, Bakıdakı katolik kilsəsinin ordinarisi, Azərbaycanın rus icmasının sədri, Rusiyanın və Belarusun Azərbaycandakı səfirləri Vladimir Doroxin və Nikolay Pastkeviç, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu