AzərbaycanDünyaİranXƏBƏRLƏR
İranlı güləşçi Bakida amerikalını məğlub etdi
Bakıda keçirilən FİLA-nın beynəlxalq böyük mükafat güləş yarışlarında İranın yunan-roma güləşçisi Əbdülhəmid Papi Gürcüstan və Amerika Birləşmiş Ştatlarından olan rəqiblərini məğlub edərək gümüş medal qazanıb.
Müxbirimizin Bakıdan verdiyi məlumata görə 60 kg çəkisində yunan-roma güləşçimiz Əbülhəmid Papi amerikalı rəqibini 7-0 hesabı ilə məğlub edərək finala çatıb. Finalda da bütün qabiliyyətlərinə rəğmən Az. R-dən olan güləşçiyə qalib gələ bilməyib və gümüş medalı ilə kifayətlənib.
Heydər Əliyev adına beynəlxalq böyük mükafat yarışlarının 6-cı dövrü noyabrın 24-ə kimi Bakının Sərhədçi stadionunda keçirilib. Bu yarışlarda 31 ölkə iştirak edib.