Livan Hizbullahı İran İslam Respublikası ilə 5+1 qrupu arasındakı nüvə razılaşmasını böyük qələbə və beynəlxalq nailiyyət adlandırıb.
Livan Hizbullahı bir bəyanatda İranın Cenevrə müzakirələrində Qərblə nüvə razılaşmasını yüksək qiymətləndirərək, onu Tehranın özünün qətiyyətli və prinsipial mövqeləri əsasında olan fəal diplomatiyasının nəticəsi adlandırıb.
Livan Hizbullahı vurğulayıb: İran İslam Respublikasının nüvə razılaşması başıucalıq və istiqlaliyyət istəyən, habelə xarici təzyiq və təhdidlər qarşısında təslim olmaq istəməyən digər ölkələr və dövlətlər üçün meyar olmalıdır.
Hizbullah habelə İranın bu nailiyyətini bu ölkənin müxtəlif sahələrdə elmi-texniki inkişafı və bu sahədə müstəqil olması üçün münasib fürsət adlandırıb.
Bu bəyanata əsasən, rəhbərlərin hikməti, birliyi və mövqelərdə stabilliyə və xalqın müqavimətinə malik olmaq ölkələrin bütün mövcud problemlər qarşısında qələbəsinə səbəb olan bir nəticəyə gətirib çıxarır.
Livan Hizbullahı həmçinin İranın bu müzakirələrdəki böyük qələbəsinə işarə edərək, onu regiondakı düşmənlərin uğursuzluğu adlandırıb.
Müsəlman Din Alilmləri Cəmiyyəti və İslam Tövhidi Hərəkatı da ayrı-aryı bəyanatlarda İran İslam Respublikası ilə altılıq arasındakı Cenevrə müzakirələrində razılaşmanın əldə olunmasını rəğbətlə qarşılayıblar.
