İranSuriyaXƏBƏRLƏR

“Suriya böhranının hərbi çıxış yolu yoxdur”

İran İslam Respublikası prezidenti deyib: Suriya böhranının hərbi çıxış yolu yoxdur və bu ölkədə sülh və sabitliyin bərpa edilməsi, İran İslam Respublikasının əsas prioritetlərindəndir.

 

İran prezidenti  Həsən Ruhani dünən çərşənbə günü (27 noybar) Suriyalı həmkarı Bəşşar Əsəd ilə telefon danışığında Yaxın Şərq məntəqəsində sülh və sabitliyin bərqərar edilməsinin zəruriliyini vurğulayaraq deyib: İran əslində terrorçuluğu və ifratçılığı ,yalnız Suriya xalqına deyil bütün region üçün hədələyici amil hesab edir.

Ruhani Suriyada əmin-amanlığın yaradılmasını vurğulayaraq,o ölkə xalqının yaşayışının adi bir hala gətirilməsi üzərində təkid edərək Suriya xalqının ifratçılığa və terrorizmə qələbə çalması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

İran prezidenti təkid edib ki, Tehran bütün güclərini birləşdirərək Suriya xalqına humanitar yardımlarını davam etdirəcək.

Suriya prezidenti Bəşşar Əsəd isə Beyrut partlayışında İranlı vətəndaşların şəhid olması münasibəti ilə başsağlığı verərək deyib: Cenevrə müzakirələrinin uğur əldə etməsi, yalnız İranın əldə etdiyi müvəffəqiyyət deyil üstəlik bütün İnkişaf Etməkdə olan ölkələrin uğur qazanması mənasındadır və İran, bu kimi addımları atması ilə əslində bu ölkələrin hüquqlarını qoruyub mühafizə edir.

Bəşşar Əsəd deyib: İran xalqı 10 ildən sonra və müqavimət nəticəsində  böyük nəticələr əldə ediblər və bu xalq belə bir zəfərə layiqdir.

Suriya prezidenti həmçinin İranın regionda sülh və əmin-amanlığın bərqərar edilməsində göstərdiyi səylərindən məmnun qaldığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu