İraqXƏBƏRLƏR

AIPAC İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını istəyib

İran ilə 5+1 qrupu arasındakı son nüvə razılaşmasından hiddətlənmiş Amerika-İsrail İctimai Əlaqələr Komitəsi(AIPAC) ABŞ konqresindən istəyibdir ki, İran İslam Respublikasına qarşı yeni sanksiyalar tətbiq etsin.

 
AIPAC bildirib ki, konqres daha artıq sanksiyalar tətbiq etməlidir ki, əgər İran öz öhdəliklərinə sadiq qalmazsa və ya bir yekun razılaşma barədə müzakirədən çəkinərsə, təcili nəticələrlə üzləşsin.
İsrail rejiminin tərəfdarı olan bu qrup həmçinin ABŞ konqresindən istəyibdir ki, şiddətlə bu ilkin razılaşmaya nəzarət etsin ki, İranın bu razılaşmaya sadiq qalması  barədə əminlik əldə etmiş olsun.
İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərif noyabrın 24-də “NBC News” telekanalı ilə müsahibədə belə qeyd etdi: Əgər Amerika konqresi İran əleyhinə yeni sanksiyalar tətbiq edərsə, daha heç bir razılşma olmayacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu