AzərbaycanXƏBƏRLƏR

Rəsmi Bakı İranın nüvə anlaşmasının əhəmiyyətinə təkid edib

Azərbaycan Respublikasında məclis üzvü və hakim partiyanın icra katibi Cenevrədə İranla 5+1 Qrupu arasında əldə edilmiş anlaşmaya təkid edərək, deyib: Bu anlaşma İran üçün faydalıdır. Çünki ona əsasən bu ölkənin sülhsevər nüvə proqramı davam edəcək.

Bakıda İRİB ilə müsahibəsi zamanı bu sözləri söyləyən Mübariz Qurbanlı sonra deyib:İslam İnqilabından sonra, Qərb İrana qarşı təzyiq siyasətini həyata keçirdi, Rəsmi Tehran isə bu təzyiqə cavab verdi. Nəticədə Qərbdəki fikir və qüdrət mərkəzləri İrana qarşı təzyiqlərin nəticəsiz olmasına çatdılar.

Qərbin təzyiq siyasətindən nəticə almamasına görə İranla əməkdaşlığa üz tutduğunu bildirən Mübariz Qurbanlı sonra deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də dəfələrlə yaydığı hesabatlarında İranın nüvə proqramlarının sülhsevər habelə özünün sənaye və enerji ehtiyaclarını təmin etməsi üçün olduğuna etiraf edibdir.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü bəzi Qərb ölkələrinin İranın sülhsevər nüvə proqramlarından sui-istifadə etmək ardınca olduqlarını bildirərək, deyib: Lakin İran konstruktiv siyasət və rəftarla müzakirələri nəticəyə çatdırdı.

Cenevrə Anlaşmasının əhəmiyyətinə təkid edən Mübariz Qurbanlı sonra deyib: Bu anlaşma regionun sülhü və sabitliyi üçün də faydalıdır və regionu qarşılaşma məkanından əməkdaşlıq məkanına çevirir.

İranın yaxın qonşusu kimi Azərbaycan Respublikasının Cenevrə Anlaşmasını müsbət qarşılamasına işarə edən M. Qurbanlı, deyib: Azərbaycan Respublikası İranla əlaqələrin genişləndirilməsini müsbət qarşılayır və regionda stabilliyin olması bütün region ölkələrinin xeyrinədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu