
Hollandiya paytaxtında azanın səsi səsgücləndiriciləri ilə məscidlərdən yayılacaq
Hollandiyanın siyasi paytaxtı Haaqanın Meriyası bildiribdir ki, bu şəhər müsəlmanları dinlərin azadlığına əsasən Haaqanın məscidlərindən azanın səsini səsgücləndiriciləri vasitəsi ilə verilməsində haqlıdırlar.
Qahirədə yayımlanan Əlyəvm-üssabe Qəzetinin verdiyi məlumata görə bu hadisənin baş verməsi ilə Hollandiya birinci Avropa ölkəsi olacaqdır ki, onun məscidlərindən azanın səsinin məscidlərdən səsgücləndiriciləri vasitəsilə verilməsinə icazə verilir.
Haaqa Meriyası sonra belə əlavə edib: “ Müsəlmanlar bu şəhərdə hər bir məscid üçün ayrı-ayrılıqda yazılı icazə almadan, bütün məscidlərdən azanın səsini səsgücləndiriciləri ilə verilməsi haqqına malikdirlər. Haaqa sakinlərinin bir qrupunun şikayətləri araşdırıldı və bu nəticəyə çatdıq ki, onlar məscidlərdən azanın səsini səsgücləndiriciləri ilə yaymaqda haqlıdırlar.
Haaqa Meriyasının bu haqdakı bildirişində həmçinin belə əlavə edilib: “ Məscidlərdən azanın səsinin səsgücləndiricilər vasitəsi ilə verilməsi kilsələrin zənglərinin səsi və Budda dinində Hari Krişna nəğmələrinin səsinin kənarında yerləşir. Buna görə də müsəlmanlar Haaqa şəhərində öz məscidlərindən azanın səsinin səsgücləndiriciləri vasitəsilə verilməsi üçün rəsmi icazənin alınmasına ehtiyaclı deyillər”.
Hollandiya Avropanın qərbində yerləşən ölkələrdən biridir ki, 16.5 milyon əhaliyə malikdir. bu ölkə əhalisinin 80 faizinin dini katolik xristianlıq , 11 faizi protestant , 5.5 faizinin dini isə İslam Dinidir.