Tehranın cümə namazı xətibi İran İslam Respublikasının Cenevrədə, nüvə müzakirələrində əldə etdiyi uğuru İran xalqının müqavimətinə borclu olduğunu bildirib.
Ayətullah Seyid Əhməd Xatəmi İran və 5+1 Qrupu arasında Cenevrədə, nüvə müzakirələri zamanı əldə olunan anlaşmaya işarə edərək, deyib: İran xalqının başucalığı müzakirə masasında yox, müqavimətdədir və ölkə və quruluşun məsləhəti də müqavimət mədəniyyətinin genişləndirilməsindədir.
Ayətullah Xatəmi düşmənin İran xalqının müqaviməti qarşısında geri çəkilməyə məcbur olduğunu deyərək, əlavə edib: İnqilab əhval-ruhiyyəsinə malik olan diplomatik səylər də elə düşmənlə qarşılaşmaq üçün lazımdır.
Tehranın cümə namazı xətibi İran xalqının düşmənlərinin bundan öncə hətta İranın elmi-tədqiqat xarakterli sentrifuqalara belə malik olması ilə müxalif olduqlarına işarə edərək, deyib: İran xalqının müqaviməti və iranlı alimlərin yorulmaz səyləri sayəsində bu gün ölkədə 19 min aktiv sentrifuqa mövcuddur.
Ayətullah Xatəmi həmçinin, nüvə müzakirələrində İranı təmsil edən heyətə xitabən deyib: Xalq sizə etimad edir. Amma, bir o qədər də Amerika və Qərb dövlətlərinə inanmır. Buna görə də, daha artıq ehtiyatlı olmalısınız ki, düşmənin toruna düşməyəsiniz.