
Avstriyada yayımlanan Profil jurnalı İsveçrə istehsalı olan əl qumbaralarından əlavə, Suriya üsyançılarının əllərində Avstriya istehsalı olan avtomat silahlar və Ukrayna istehsalı olan mərmilərin göründüyünü təsdiq edibdir.
Bu Avstriya jurnalı Ərəbistan və Qətərin müxtəlif ölkələrdən silah satın alıb, bu silahları Suriya yaraqlılarına göndərilməsini himayə etmələrinə işarə edərək, belə yazıb: “ Avstriyanın Ştayer avtomat silah istehsal edən zavodunun da bu macərada rolu var”.
Profil sonra belə yazıb: “ Hazırda aydın olubdur ki, Ukrayna istehsalı olan mərmilər və İsveçrə istehsalı olan əl qumbaraları Suriyada istifadə edilirlər”.
Bu Avstriya jurnalı sonra “ Güllə mərmiləri əvvəldə Ərəbistana satılmışdı və əl qumbaraları da Birləşmiş Ərəb Əmirliklərinə təhvil verilmişdi” yazsa da, Avstriya avtomat silahlarının hansı formada suriyalı yaraqlılarının əlinə çatdığı haqda heç bir məlumat verməyib.
Avstriya jurnalı eyni halda Amerikanın bu haqda öz gözlərini bağladığı və sakit qaldığını bildirib.
Profil Suriya üsyançıları üçün silahın göndərilməsinin vəziyyəti daha da gərginləşdirəcəyini bildirərək, belə yazıb: “ Üsyançılar arasında bəzi cinayətkar və cani şəxslər vardır ki, üsyan örtüyü altında qarət edirlər, zorla xalqdan pul kəsirlər və adam öldürürlər”.