İranXƏBƏRLƏR

İran Ordusu yeni raketlərini uğurla sınaqdan keçirib.

İran Ordusu “Nazeat-10” və “Fəcr-5” raketlərini uğurla sınaqdan keçirib.

İran İslam Respublikası Ordusunun Quru Qüvvələrinin Raket Manevrinin birinci günündə “ Nazeat-10” və “Fəcr-5” raketləri müvəffəqiyyətlə sınaqdan keçirilib.

Bu gün cümə axşamı günü İran İslam Respublikası Ordusunun Quru Qüvvələrinin komandakı General-Mayor Əhmədrza Purdəstanın iştirakı ilə İranın Mərkəzində yerləşən Kaşan məntəqəsində start verilən İran Ordusunun Quru Qüvvələrinin Raket Manevrinin ilk mərhələsində Nazeat-10 və Fəcr-5 tipli raketlər uğurla sınaqdan keçirilib və nəzərdə tutulan hədəfləri məhv ediblər.

 

İran Ordusunun raket manevri İranın olduqca modern raket sistemlərini sınaqdan keçirmək məqsədilə ümumi İsfahan məntəqəsinin Kaşan bölgəsində başlanıbdır.

Bu manevr İran İslam Respublikasının Silahlı Qüvvələrinin tam güclülüyünü nümayiş etdirmək, hərbi təlimlərin icra mərhələsinə çatdırılması, hərbçilərin fərdi və qrup halında olan məharətlərinin artırılması habelə İran Ordusunun quru qüvvələrinin imkanlarından istifadə edilərək, raket atış sistemlərinin döyüş qabiliyyətlərinin yüksəldilməsi məqsədilə keçirilməkdədir.

 

Bu manevrdə İran Ordusunun “840” Raket Qrupundan bölmələr habelə locestik bölmələr iştirak edirlər.

Bu manevrdə atəş edilən raketlər İran Ordusunun Quru Qüvvələrinin mütəxəssisləri tərəfindən dizayn, konstruksiya edilərək, düzəldilibdir.

 

“Fəcr-5” tipli raket 33 millimetrlik, uzaq mənzilli və hərəkət edən multi-artilleriya raketidir və 75 kilometr radiosundakı hədəfləri məhv edə bilər.

“Nazeat-10” raketi də orta mənzilli Ballistik raket növlərindən hesab edilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu