İndiki danışıqlar DQ-nı 20 il də işqalda saxlar!
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli rəsmi Bakı ilə rəsmi İrəvan arasında gedən danışıqları indiki xarakterini DQ-nin işqalının davam etməsinin amili sayır.
Rövşən Əhmədli Mediaforum saytına bildirib : “Bu cür danışıqlarla Azərbaycanın əraziləri 20 il də işğal altında qala bilər.”
Rövşən Əhmədli deyib ki, işğalçı Ermənistan dövlətinin Qarabağ məsələsində mövqeyi dəyişilməz qalır: “Ermənistanı müdafiə edən beynəlxalq güclərin də bu regiondakı maraqları dəyişməyib. Nə qədər ki, bu maraqlar dəyişilməz olaraq qalacaq, Qarabağ danışıqları yalnız imitasiya xarakteri daşıyacaq və bundan Azərbaycana xeyir gələsi deyil. Bununla beynəlxalq təşkilatların regiondakı müəyyən layihələrini həyata keçiririk. Bu cür danışıqlarla Azərbaycanın əraziləri bundan sonra hələ 20 il də işğal altında qala bilər.
Azərbaycan prinsipial mövqe qoymalıdır ortalığa. Danışığın dəqiq müddəti müəyyən olunmalıdır. Ondan sonra bütün beynəlxalq hüquq normalarına, Azərbaycan Konstitusiyasına müvafiq olaraq öz ərazilərini separatçı, işğalçı qüvvələrdən azad etməlidir.”

