DünyaXƏBƏRLƏR

ABŞ bu günə kimi 10 dəfə Cenevrə sazişinə xilaf çıxıb

İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi deyib : İranın uranı saflaşdırma hüququnu şübhə altına almaq؟ ABŞ-ın daha bir razılaşmaya xilaf çıxması mənasında dəyərləndirilməlidir.

İRNA xəbər verir : Məhəmməd Cavad Laricani bir müsahibədə bəyan edib : Cenevrədə İran və 6-lıq qrupunun arasında imzalanmış son anlaşma ,hüquqi mexanizmə malik deyil. Lakin mötəbərdir və mötəbərliyi də tərəflərin anlaşmaya sadiq qalması qanuni prinsiplər əsasındadır.
Laricani 24 yanvarda Cenevrədə imzalanmış anlaşmadan bəri amerikalı siyasətçilər tərəfindən Tehrana qarşı irəli sürülən təhdidlər və qərəzli fikirlərə işarə edərək deyib: ABŞ ,hər dəfə İranı təhdid etdiyi zaman əslində Cenevrə razılaşmasına xilaf çıxır və bu fakt bu günə kimi 10 dəfə təkrar edilib.
” İİR,Cenevrə razılaşması ilə bağlı götürdüyü öhdəliklərinə xilaf çıxmayacaq. Lakin qarşı tərəf öz öhdəliklərini yerinə yetirməsə onda Tehran hərtərəfli şəkildə bu sazişi pozacaq “-deyə Laricani sözlərini tamamlayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu