İranXƏBƏRLƏR

İran və 5+1 qrupu arasında ekspertlər səviyyəsində müzakirələrə yekun vuruldu

İran ilə 5+1 qrupunun nümayəndələri arasında Avstriyanın Vyana şəhərində ekspertlər səviyyəsində aparılan müzakirələrə yekun vuruldu.
İran İslam Respublikasının nüvə müzakirəçi heyətinin üzvlərindən biri İran ilə 5+1 qrupu arasında Vyana müzakirələrinin sona çatdığını bildirərək deyib: İkitərəf cümə axşamı gecə zamanınadək aparılan müzakirələrdə, məsləhətləşmələrin davam etməsi üzrə razılıq əldə ediblər.
İranlı heyətin üzvü İRNA-ya verdiyi məlumatda deyib: İranın müzakirəçi qrupu, Cenevrə anlaşmasının icra metodları üzrə ekspertlər səviyyəsində bazar ertəsi günündən etibarən başlanan müzakirələrə Tehranda məsləhətləşmələrin aparılması üçün son qoyulubb.
Ekspertlər səviyyəsində keçirilən müzakirələrdə iranlı heyətin başçılığı, İran xarici işlər nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin baş müdiri Həmid Bəidinejadın öhdəsində olmuşdur.
Cenevrədə əldə edilən anlaşmaya əsasən, ikitərəf 6 aydan 1 ilədək son anlaşmanın əldə edilməsi istiqamətində hərəkət edəcəkləri haqa öhdəlik qəbul ediblər.
Siyasi analiktiklərin qənaətincə, əldə ediən ilk razılaşma konsturktiv bir anlaşma olduğu halda, onun nəticə əldə etməsi, ikitərəf arasında balans addımların atılmasından asılıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu