
ABŞ-ın Nyu-York şəhərində bir amerikalı qaradərili yeniyetmənin qətlə yetirilməsinə etiraz olaraq keçirilən aksiyada onlarla nəfər həbs olunub.
Bir amerikalı qaradərili yeniyetmənin qətlə yetirilməsinə etiraz olaraq keçirilən aksiyada iştirak etdiyinə görə 46 Nyu-York sakini polis tərəfindən həbs olunub.
Nyu-York polisi bu həbslərin səbəbini etirazçılar tərəfindən ictimai asayişin pozulması adlandırıb.
Etirazçılarla toqquşmada iki polis məmuru da yaralanıb.
16 yaşlı amerikalı yeniyetmə Kimani Gray şənbə günü Nyu-York şəhər polis məmurlarının atəş açmaları nəticəsində həlak olub.
Bundan öncə də çərşənbə günü Nyu-Yorkun Herkimer və Muhauk məntəqəsində ayrı-ayrılıqda silahlı insident nəticəsində ən azı 4 nəfər həlak olub, 2 nəfər də yaralanıb.