Sumqayıt Şəhər Polis İdarəsi vəhhabilərin Sumqayıtda polislə deyil bir birləri ilə toqquşduduğunu deyir.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə baş verən atışmada polis tərəf olmayıb.
Polis zənn edir ki, silahlı insident vəhhabi qruplaşmasına üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib.
Sumqyıt polisi vəhhabilərin adını çəkmədən onları radikal dini quruplaşma kimi təqdim edib.
Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb.
Vəhhabi quruplaşması SSRİ dağılandan sonra Azərbaycan Respublikasında dövləti qayğı ilə yarandı. Ancaq son illərdə hökumət bu quruplaşmanın təhlükəli fenomen olduğunu düşünməyə başlayıb. Bu quruplaşma son illərdə rəsmi Bakının Suriya məsələsində naməlum siyasət yürütməsindən və bir qədər də anti Suriya koalisiyasının yanında olmasından kifayət qədər bəhrələnib. Rəsmi Baki anti Suriya vəhhabi quruplaşmalarına 500 min avro yardım ayırmışdır.