Tehran ilə yekun razılaşma İranın dinc nüvə proqramına malik olmaq üzrə haqqına zəmanət verməlidir.
Vladimir Putin Rusiya Federal Assambleyası üçün özünün illik çıxışında İran ilə altılığın nüvə razılaşması haqda deyib: İranın nüvə proqramı barədə böyük bir dəyişiklik baş verdi və mühüm razılıq əldə olundu, lakin bu, ilk addımdır və səbirliliklə İranın dinc nüvə enerjisi sənayesini inkişaf etdirmək üzrə haqqına zəmanət verəcək əhatəli bir həll yoluna çatmaq lazımdır.
Rusiya prezidenti Qərbin raket platformaları haqda isə belə deyib: Qərb ölkələrinin raket müdafiə platformaları yalnız “müdafiə” adını daşıyırlar.
O, vurğulayıb: Dünya qüdrətlərinin Tehranın nüvə proqramı haqda İranla razılıqlarından sonra daha Qərbin raket müdafiə proqramını inkişaf etdirməyə ehtiyacı yoxdur.
Putin deyib: Heç kəs Rusya üzərində hərbi üstünlük əldə etmək imkanı xülyasında olmamalıdır. Biz əsla bu məsələni qəbul etməyəcəyik.
O, qeyd edib ki, Rusiyanın misli görünməmiş hərbi yeniləşməsi üzrə proqrama başlayıbdır.
Putin xüsusən Rusiyanın Suriya böhranındakı rolunu yüksək qiymətləndirib. Rəsmi Dəməşqin qədim müttəfiqi olan və ona silah təhvil verən Rusiya qərbililərin beynəlxalq hüquq adı altında müdaxilə üzrə hər cür təmayülünün qarşını alıbdır.