
Iran , Azərbaycan iqtisadi münasibətlərin inkişafını
Azərbaycan Respublikasında yaşayan iranlı iş adamları və iqtisadi fəallar keçirilən toplantıda Tehran və Bakı arasındakı çoxlu iqtisadi potensiallara toxunaraq münasibətlərin inkişafı üçün bu potensiallardan yararlanmağı vurğulayıblar.
İRİB-in Bakıdan verdiyi məlumata görə, bu toplantıda Azərbaycan Respublikasında yaşayan bir qrup iranlı iş adamı iki ölkə arasında ticarət əməkdaşlıqlarının gücləndirilməsi və problemlərin aradan qaldırılması üçün öz həll yolları və təkliflərini irəli sürüb və iş adamları arasında həmahəngliyin yaradılması üçün Azərbaycan Respublikasında İş Adamları Birliyinin bir qeyri-hökumət təşkilatı olaraq yaradılmasının zəruriliyini qeyd ediblər.
İranın Bakıdakı səfirliyinin təşəbbüsü ilə keçirilən bu toplantıda İran iş adamları İranın ticarət, sənaye və kənd təsərrüfatı potensiallarına toxunaraq bildiriblər ki, İranın texniki və mühəndislik potensialları və müxtəlif məhsullarının Azərbaycan Respublikasına ixracı üçün münasib zəmin mövcuddur.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də mövcud potensialları nəzərə alaraq iki ölkə iş adamlarının daha artıq tanınmasının zəruriliyi, həmçinin iki ölkə ticarət qanunlarına diqqət yetirərək iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni ərsələrin tanınmasını vurğulayıb.
“İran və Azərbaycan Respublikasının özəl sektorları, ictimai anlaşmalar və iş adamlarının həmahəngliyinin sadələşdirilməsi iki ölkənin ticarət münasibətlərinin inkişafına kömək edəcək” –deyə Pakayin bildirib.
İranın Bakıdakı səfirliyinin ticarət attaşesi Seyid Fərəc Şəhidi də bu iclasda son iki onillikdə İran və Azərbaycan Respublikasının ticarət əməkdaşlıqları prosesinə toxunub və hazırkı ticarət münasibətlərinin səviyyəsinin yüksəldilməsi üçün mövcud potensiallardan yararlanmağı qeyd edib.
Qeyd etmək lazımdır ki, ötən yanvar ayında İran və Azərbaycan Respublikasının 20-dən çox şirkətinin iştirakı ilə keçirilən 1-ci İran və Azərbaycan iş adamları iclasında İran şirkətlərinin texniki, mühəndislik xidmətləri, dünyanın müxtəlif ölkələrində bina, yaşayış massivlərinin inşası, yolların və su bəndlərinin çəkilməsi, elektrik stansiyaların inşası, neft kimya və neftayırma sənayesi üzrə müxtəlif layihələrin icrasındakı potensialları açıqlanıb.
Bu toplantıda iştirak edən azərbaycanlı iş adamları İranın texniki və mühəndislik potensiallarını diqqəti cəlb edəcək adlandırıb və bu barədə müştərək əməkdaşlıqları vurğulayıblar.