İranın Cənubi Pars qaz resursu təşkilatının prezidenti xarici şirkətlərin bu resursda investisiya qoymağa maraq göstərdiklərini bildirib.
Tehranda nəşr olunan Keyhan qəzeti çərşənbə axşamı məlumat verib ki Məsud Nəsuri söyləmişdir : Bəzi xarici şirkətlər bu iqtisadı zonada investisiya qoymağa müxtəlif təkliflər irəli sürüblər və hal-hazırda bu şirkətlərlə müzakirələr davam edir.
Nəsuri əlavə edib : Cənubi Pars zonasında investisiya qoymaq üçün lazımı həvəsləndirici tədbirlər müəyyənləşib və vergidən istisna edilməkdən əlavə ərazilər qiymətinin aşağı olması kimi asanlaşdırıcı imkanlar da araşdırılmaqdadır.