DünyaXƏBƏRLƏR

Avropa Birliyi daxili ixtilaflara sürüklənir

Fikir ayrılıqları və ixtilaflar Avropa Birliyinə kölgə salmağa başlayıb.

Bu günlər Avropa Birliyində daxili ixtilaflar daha qabarıq forma almağa başlayıb.
Belə ki, Avropa Şurası bu qitə parlamenti ilə qarşı-qarşıya gəlib. Şimali Atlantika Alyansı NATO isə İngiltərə ilə üzləşib.
Bu ixtilaflar Avropa ölkələri başçılarının Brüsseldə, Avropa Birliyinin baş qərargahında bir araya gəldikləri ilk gündə özünü göstərməyə başlayıb.
Brüssel iclasının gündəmində iki əsas məsələ durur. Bu məsələlər böhrana düçar olmuş Avropa bankları üçün müştərək fondun yaradılması və Avropa Birliyi silahlı qüvvələrinin inkişaf etdirilməsidir.
Avropa ölkələri başçıları böhrana düçar olmuş Avropa banklarının problemlərini araşdırmaq üçün 55 milyard avroluq bir büdcə ilə yeni bir fondun yaradılması ilə razılaşsalar da, hazırda böhran ilə üzləşmiş Avropa ölkələrində dövlətlərin maliyyə xərclərinin bütün ağırlığı sıravi vətəndaşların öhdəsinə düşür.
Brüssel iclasında NATO-nun nümayəndələri də iştirak ediblər. Onlar Avropa Birliyindən istəyiblər ki, birliyin hərbi potensiallarını da genişləndirsinlər. Amma, İngiltərə bununla müxalifət edib və bildirib ki, Avropa ölkələri arasında ən böyük hərbi qüdrət olaraq öz mövqeyini itirmək niyyətində deyil. İngiltərənin baş naziri Deyvid Kameron bu layihəni tam aşkar formada yanlış adlandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu