BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Əxzər İbrahimi İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon söhbəti edib.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi İran xarici işlər naziri ilə telefon söhbətində Suriya barəsində Cenevrə-2 konfransının keçirilməsi ilə əlaqədar son proseslər barəsində Zərifə məlumat verib.
Zərif də bu telefon söhbətində suriyalı-suriyalı danışıqlara təmərküzləşmək və siyasi həll yoluna diqqətin yetirilməsinin vacibliyini vurğulayıb.
İran İslam Respublikası həmişə elan edib ki, Cenevrə-2 konfransına dəvət olunduğu halda heç bir ilkin şərt olmadan Suriya üçün siyasi həll yolunun tapılması istiqamətində bu konfransda iştirak etməyə hazırdır.
Suriya böhranının həlli ilə əlaqədar Cenevrə-2 konfransı 2014-cü il 22 yanvarda 30 ölkənin iştirakı ilə İsveçrədə keçirilməlidir.