SuriyaXƏBƏRLƏR

Sionist rejim ordusu Qəzzənin şimal sahillərini raketlə hədəfə alıb

Sionist rejim ordusu Fələstinin Müqavimət Qrupları ilə imzaladığı atəşkəs qanununa məhəl qoymayaraq Qəzzə şəhərinin şimal sahillərini raketlə hədəfə alıb.

Çərşənbə günü gecə ( 18 dekabr ) Aralıq dənizində mərkəzləşmiş İsrail ordusunun katerləri Qəzzə şəhərinin şimal sahillərini 4 ədəd raketlə hədəfə alıb.
Daxil olan məlumata görə, hadisənin can tələfatı olmayıb.
2012-ci il 21 noyabr tarixində , Sionist rejimlə Fələstinin Müqavimət Qüvvələri arasında atəşkəs qanunun imzalanmasına rəğmən İsrail rejimi dəfələrlə Qəzzə zolağının sərhəd məntəqələrini hücuma məruz edib.
Bu qeyri-legitim rejim həmçinin fələstinlilərin əkin sahələrini dağıtmaq və Qəzzə sahillərində fələstinli balıqçıların qayıqlarının üstünə atəş açaraq sözügedən razılaşmanın xilafına addım atıb.
Bu atəşkəs qanununun imzalandığı gündən Qəzzə zolağında sionistlərin təcavüzü nəticəsində 11 fələstinli şəhid olub , onlarla nəfərdə yaralanıb. Həmçinin sionistlər bir neçə nəfəri də həbs ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu