“Anar , Azərbaycanda seçkinin təhlükəli iş olduğunu bilirdi!!”
Son günlərdə Azərbaycan Respublikası hökuməti tərəfindən həbs olunmuş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həyat yoldaşı Vəfa Sübhani Məmmədlinin seçki ilə bağlı fəaliyyətinə görə həbs olunduğunu vurğulayıb.
Anar Məmmədli Azərbaycan Respublikasında seçki fəaliyyətinin təhlükəli iş olduğunu yaxşı bilirmiş.
Azərbaycan Respublikası Prokurorluğu tərəfindən irəli sürülmüş rəsmi ittiham barədə də Vəfa Sübhani deyib : “Prokurorluğun açıqlaması absurd, ittihamlar qondarmadır. Hamıya bəllidir ki, Azərbaycanda hakimiyyət ictimai-siyasi fəaliyyətinə görə həbs etdiyi şəxslərə qarşı hansısa bir ittiham irəli sürməlidir.”
Baş Prokurorluğun rəsmi məlumatında Anar Məmmədlinin adı xaricdən 270 min dollardan çox qrantın alınmasında, vəsaitin qanunsuz yollarla reallaşdırılmasında hallanır.
Məhbusun həyat yoldaşı əlavə edib : “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qanunlara tam riayət etmək və hökumətin əlinə əlavə bəhanələr verməmək üçün dövlət qeydiyyatı olan Könüllülərin Beynəlxalq Əməkdaşlığı təşkilatı ilə birgə layihə keçirirdi. Yəni Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeydiyyatı olmasa da, Könüllülərin Beynəlxalq Əməkdaşlığı təşkilatı vasitəsilə layihəni Azərbaycan qanunlarına uyğun idarə edirdilər. Pulları bank vasitəsilə alırdılar. Əgər doğrudan da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin vergidən yayınmaq və digər qaranlıq əməlləri olsaydı, bunun başqa yolları axtarılardı. Daha hamının bildiyi və dövlətin nəzarətində olan banklar vasitəsilə etməzdilər. Qaldı bizim dolanmağımıza, Anar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzindən əlavə ATƏT-in, ENEMO-nun və digər nüfuzlu təşkilatların ekspertləri siyahısına daxildir. Zaman-zaman bir çox ölkədə ekspert kimi çalışır. Hətta Əfqanıstan kimi qarışıq ölkədə işləyib. Təbii ki, bunlar da qarşılıqsız olmayıb. Bundan əlavə, mən də tərcümə ilə məşğulam, müəllimlik edirəm.”
