DünyaXƏBƏRLƏR

Amerikanın casusluq sənədlərinin təqdimi

ABŞ-ın Milli Kəşfiyyat İdarəetmə rəhbəri Əl-Qaidə təşkilatının terrorçu üzvlərinin təqib edilməsində internet və telefon kimi vasitələrdən casusluq edilməsinin keyfiyyəti barədə lazımı sənədləri təqdim edib.

ABŞ-ın milli kəşfiyyat idarəetmə rəhbəri ” Ceymz Klaper ” bir bəyanatda qeyd edib : Amerikanın sabiq prezidenti Corc Dəbliyu Buş 2001-ci ilin oktyabr ayında casusluq edilməsi barədə bir icazə sənədini imzalayıb.

Məlum 11 sentyabr hadisələrindən sonra bu sənəd terrorçu fəaliyyətlərə nəzarət proqramının bir hissəsi olaraq imzalandı.

Klaperinin sözlərinə görə, Buş bu proqramı 2005-ci ildə ifşa etmişdir.

Klaper əlavə olaraq deyib : Xarici kəşfiyyat müşahidə aktı nəhayət terrorçu fəaliyyətlərə nəzarət proqramının yerini tutur.

Bu informasiyanın yayılması Ağ evin Amerikanın milli kəşfiyyat orqanının apardığı casusluq fəaliyyətlərinə haqq qazandırmaqdakı səylərinin bir hissəsidir. Başqa sözlə desək Edvard Snoden tərəfindən Amerikanın Casusluq Orqanının gizlin casusluq proqramlarının ifşa edilməsi ardınca bu Ağ evin bununla bağlı səylərinə haqq qazandırması istiqamətində atdığı addımının bir hissəsidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu