AsyaAvropaDünyaXƏBƏRLƏR

Amerikalı mühafizəkarlar bu ölkənin öz nüfuzunu itirməsindən nigarandırlar

ABŞ Konqresinin rəsmi mətbuat orqanı yazır: Xarici siyasətdə artmaqda olan problemlər Ağ Evin zəifləməsi və Amerikanın dünyadakı nüfuzunu itirməkdə olmasından nigaran olan mühafizəkarları qorxuya salıb.

ABŞ Konqresinin rəsmi qəzeti “ABŞ dünyadakı nüfuzunu itirirmi?” başlıqlı bir məqalədə ABŞ-ın ənənəvi müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanının Vaşinqtonun İran ilə nüvə müzakirələrindən şok içində olduğunu yazaraq, bunu Amerikanın Yaxın Şərqlə bağlı ciddi problemlərindən adlandırıb.
Bu qəzet yazır: Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məxfi sirlərini ifşa edən Edvard Snovdenə sığınacaq verməsin Obamanı problem ilə üzləşdirib və bunun müqabilində Moskvanın nüfuzu artıb.
ABŞ Konqresinin rəsmi mətbuat orqanı sonda yazıb: Vaşinqtonun İran və Əfqanıstan müharibələri habelə, iqtisadi və maliyyə böhranının ardınca öz imicini qorumağa çalışdığı bir şəraitdə düşmənlərin Amerikanın zəif nöqtələrindən faydalanmaları bu ölkə rəsmiləri üçün ciddi nigaranlıq mənbəyinə çevrilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu