
Rusiya Siyasi Konyuktura Mərkəzinin rəhbəri Sergey Mixiyev Barak Obamanın fərmanı ilə İrana qarşı sanksiya müddətinin bir il də uzadılmasına toxunaraq deyib: Vaşinqtonun Tehrana qarşı düşmənçilik hərəkətləri, xüsusilə də birtərəfli sanksiyaları nüvə müzakirələrinin irəliləməsinə dair 5+1 qrupunun kollektiv siyasətlərinə ziddir.
“ABŞ Milli Təhlükəsizlik Təşkilatı son hesabatında açıq aşkar bildirib ki, İranın atom silahı düzəltmək qərarı yoxdur” deyən Mixiyev bildirib: Bununla belə, Obama İrana qarşı sanksiya müddətini bir il də uzatdı.
Rus təhlilçi xatırladıb ki, ABŞ və qərbli müttəfiqlərinin hərəkətləri İranı iqtisadi, sənaye və texnologiya inkişafı yolundan qaytarmaq üçün həyata keçirilir və Atom Silahının Yayılmamasına dair Sazişlə ən kiçik oxşarlığı belə yoxdur.
“Ağ Ev rəhbərlərinin Tehran barəsindəki qeyri-məntiqi və zorakılığa əsaslanmış siyasətləri nüvə müzakirələri prosesində iki tərəfin razılaşdığı məxrəcin tapılmasına söykənən 5+1 qrupunun İran barəsindəki strategiyası ilə tam ziddiyyət təşkil edir” –deyə Mixiyev bildirib.
Rusiya Siyasi Konyuktura Mərkəzinin direktoru sözlərini davam etdirib: Heç kimə qaranlıq deyil ki, İrana qarşı qərbin bəzi birtərəfli sanksiyalarının məqsədi bu ölkənin iqtisadi-ictimai vəziyyətini de-stabil etməkdir və elə buna görə Rusiya kəskin şəkildə bu hərəkətlərə qarşıdır.
Sanksiya və müzakirənin heç bir vəchlə bir-biri ilə uyğunlaşmadığını və bir-biri ilə ziddiyyətdə olduğunu bəyan edən rus təhlilçi bildirib: ABŞ bu məsələni qabardaraq İrana sanksiya tətbiq edir və bu hərəkət xüsusilə İranla 5+1 qrupunun müzakirələrinə yaxın zamanda qalmaqal yaradır.