AsyaQarabağ

Səttar Mehbalıyev Özünü yandıran Qarabağ əlilin özünü ittiham etdi!

Azad Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ötən gün özünü yandıran Qarabağ əlilini qeyri qanuni olaraq ərazi zəbt etməkdə ittiham edib.

Səttar Mehbalıyev ANS-in “Salam Azərbaycan” proqramına açıqlamasında deyib : “Zaur Həsənov o əraziləri qeyri qanuni zəbt edib və Ali Məhkəmə də buna uyğun olaraq qərar qəbul edib. Mənə dedi ki, məhkəmə qərarlarını ləğv et. Mən dedim ki, mənim səlahiyyətim yoxdur. Məhkəmə bunun sökülməsi barəsində qərar verib. Mən bunu edə bilmərəm. Ancaq sənə sanatoriyada iş verilməsi ilə bağlı tapşırıq verə bilərəm. O dedi ki, mən sanatoriyada işləmək istəmirəm”.
S.Mehbalıyev qeyd edib ki,onun özünü yandırma səbəbi məhkəmə qərarından narazı olması olub. Konfederasiya sədri bildirib ki, Z.Həsənovun 40 kvadratmetr torpaq sahəsi olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu