AsyaİranXƏBƏRLƏR

Diyalədə şəhid olmuş şəhidlərin cəsədi İrana təhvil veriləcək

İraqın Diyalə vilayətində iranlılara qarşı törədilən hadisədə şəhid olanların cəsədi tez bir zamanda İrana təhvil veriləcək.

İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan İSNA xəbər agentliyi ilə müsahibədə bu şəhidlərin ailə üzvlərinə yenidən başsağlığı verib, onların dərdinə şərik çıxdığını qeyd edərək xatırladıb: İraqın tibbi ekspertizası iranlı və iraqlı cəsədlərin üzərində DNA testi həyata keçirib ki nəticəsi də vaxtında elan ediləcək.

Müsahibəsinin davamında Bağdada son səfərinə işarə edən Abdullahiyan xatırladıb: İran xarici işlər naziri İraqın baş naziri Nuri Əl-Malikiyə etdiyi müraciətdə bu ölkə rəsmilərindən istəyib ki, tibbi ekspertiza üsulunu riayət edilməsinin zəruriliyini nəzərə alaraq iranlı şəhidlərin İrana təhvil verilməsi prosesini sürətləndirsin.

İran xarici işlər nazirinin müavini əlavə olaraq deyib: İranın Bağdaddakı səfiri də bu məsələni diqqət mərkəzində saxlayıb və tez bir zamanda 9 iranlı şəhidin cəsədi İrana təhvil veriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu