İranın İngiltərədə yaşayan müvəqqəti işlər vəkili Məhəmmədhəsən Həbibullahzadə 2014-cü ilin yanvar ayında İngiltərənin parlament nümayəndə heyətinin Tehrana baş tutacaq 3 günlük səfərini bildirib.
İngiltərə Parlament nümayəndə heyətinin Tehran səfərinə sabiq xarici işlər naziri Cək Strav başçılıq edəcək.
Bu səfər proqramında İranın İngiltərədəki diplomatik və siyasi məkanlarına baxış keçirildi eləcə də o ölkədə yaşayan iranlılara göstərilən konsulluq xidmətlərinin keyfiyyəti də diqqət mərkəzində qərar tutdu və Britaniya rəsmiləri ilə də bəzi məsələlər müzakirə edildi.
Müsahibəsinin digər hissəsində müvəqqəti işlər vəkilinin sözü gedən ölkədə olub, olmamasına eləcə də onun mahiyyət baxımından vəkilin fəaliyyətləri və səlahiyyətlərində heç bir fərqlənmənin olmadığına işarə edən Həbibullahzadaə deyib: Yeganə məsələ onun mərkəzləşdiyi məkan ola bilər ki, hazırda bu barədə razılığa gəlinib və məsələnin çözülməsindən sonra vəziyyətin əvvəlki formaya dəyişməsi mümkündür.
İranın İngiltərədəki müvəqqəti işlər vəkili əlavə olaraq deyib: İki ölkənin müvəqqəti işlər vəkillərinin Tehran-Londona gediş-gəlişlərində heç bir maneə mövcud deyil və tərəflər zəruri hallarda ardıcıl və mütəmadi şəkildə paytaxtlara səfər edə bilərlər.