AsyaAzərbaycanXƏBƏRLƏR
QHT rəhbərləri PA qarşısında aksiya keçiriblər
Dekabrın 27-də 50-dək QHT rəhbəri və vətəndaş cəmiyyəti fəalı Azərbaycan Respublikası Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.
Onlar QHT qanunvericiliyinə edilən dəyişikliklərə etirazlarını bildiriblər.
Etiraz bəyanatında vətəndaş cəmiyyətinə təzyiqlərdən, qanunvericiliyə edilən məhdudlaşdırıcı dəyişikliklərdən narahatlıq ifadə olunub. Bəyanat müəllifləri Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların təsbit etdiyi hüquq və azadlıqların pozulmasına diqqət çəkiblər.