İranın Atom Enrjisi Təşkilatının sədri deyib: İkinci nəsildənolan 1000 sentrifuqa quraşdırmışıq. Amma, hazırda aparılan nüvə müzakirələrini nəzərə alaraq, hələ ki, onlar UF6 qazı ilə doldurulmayıblar.
Hal hazırda birinci nəsil sentrifuqalar istehsal edilməkdədir və ikinci nəsildən olan sentrifuqalardan 1000 ədəd quraşdırılıb. 3-cü və 4-cü nəsil sentrifuqalar isə sınaq mərhələsindədirlər.
Salehi daha sonra deyib: Hal hazırda kütləvi istehsala malik olduğumuz sentrifuqalar birinci nəsil ilə yanaşı ikinci nəsildir ki, indiyə kimi 1000 ədəd quraşdırılıb.
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran NPT və AEBA-nın üzv ölkələr üçün nəzərdə tutduğu heç bir haqqdan vaz keçməyəcək. Eyni zamanda öhdəliklərinə də sadiqdir. Bunu əsas götürərək, uranın zənginləşdirilməsi bizim haqqımızdır və bacardığımız formada, bacardığımız səviyyədə və bacardığımız miqdarda zənginləşdirməyə malik olmaq bizim haqqımızdır.
O daha sonra deyib: Cenevrə anlaşmasına görə, birinci addımın icrası üçün nəzərdə tutulan 6 ay ərzində uranın 20% həddində zənginləşdirilməsini könüllü şəkildə dayandırmışıq.
