AsyaDünyaFələstin

Sionist rejim hərbçiləri yenə də Fələstin məntəqələrinə hücum ediblər

Sionist rejim ordusunun hərbçiləri və sionist şəhərcik sakinləri bir daha Fələstin məntəqələrinə hücum ediblər.

Sionist rejim hərbçiləri bu gün çərşənbə axşamı günü( 31 dekabr) səhər çağı bu rejimin həbsxanalarında üzün müddət həbsdə olan 26 fələstinli məhbusu azad etməklə eyni zamanda İordan Çayının Qərb Sahilində yerləşən Əl-Xəlil və Cenin şəhərinə basqın edib, ən azı 8 fələstinlini oğurlayaraq, naməlum məkana köçürüblər.

Sionist rejim hərbçiləri Ufer həbsxanasından fələstinli əsirlərin çıxması ilə eyni zamanda bu həbsxana ətrafından toplaşan fələstinlilərə hücum edərək, onlara doğru güllə və gözyaşardıcı qaz bombaları atıblar.

Bu fələstinli gənclər azad edilən məhbusları qarşılamaq üçün toplaşmışdırlar.

Belə bir halda sionist şəhərcik sakinləri bu gün səhər Ramallahın şərqində yerləşən bir məntəqəyə hücum edərək, fələstinlilərə aid olan bir neçə maşını yandırıblar və bu məntəqə divarları üzərinə irqçi şüarlar yazıblar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu