AzərbaycanXƏBƏRLƏR
Prezident İlham Əliyev: Son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır!
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni milad ili münasibətilə təbrikində deyib ki, son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır!
Prezident İlham Əliyev əlavə edib : “Bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatlar bunu təsdiqləyir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir.”