AsyaDünyaİranLivanXƏBƏRLƏR

İranın İslam Şurası Məclisi Livan dövlətinə təşəkkür etdi

İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Livanda İran səfirliyi önündə törədilmiş terror hadisəsi amillərinin həbs edilməsinə görə İranın İslam Şurası Məclisinin Livan dövlətinə təşəkkür müraciəti göndərməsindən xəbər verib.

Livanda İran səfirliyi qarşısında terror hadisəsi amillərinin həbs edilmələrinə işarə edərək, deyib: İranın İslam Şurası Məclisinin Livan Dövlətinə təşəkkür müraciəti bu ölkə rəsmilərinə göndərilibdir.

Livan rəsmilərinin səyləri ilə İranın Livandakı səfirliyi qarşısında bomba partlayışı hadisəsinin əsas amili olan Abdullah Ezam Briqadasının komandanı Ərəbistan vətəndaşı Macid Əl-Macid aşkar edilərək, həbs edildi.

Çərşənbə axşamı günü 2013-cü il noyabrın 19-da Livan paytaxtı Beyrutda İran İslam Respublikası səfirliyi yaxınlığında iki terror hadisəsinin baş verməsi nəticəsində 25 nəfər, o cümlədən İranın Livandakı səfirliyinin mədəniyyət attaşesi İbrahim Ənsari şəhid oldu və 150-dən çox insan isə yaralandı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu