İraqın şimalındakı neft boru kəmərində partlayışın baş verməsi, bu məntəqədən neft ixracatını dayandırılıb.
Fransa İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, silahlı terrorçu qruplar ötən gün (cümə axşamı 2 yanvar) İraq paytaxtının şimalında yerləşən Səlahəddin vilayətindəki neft boru kəmərini partladaraq, Türkiyə ölkəsinin Seyhan məntəqəsinə neft axınını dayandırıblar.
İraq rəsmiləri bildiriblər ki, partlayış nəticəsində törədilən yanğının qarşısı alınıb və neft boru kəmərinin təmir işləri başlayıb.
Terrorçu silahlı yaraqlılar neçə vaxtdan bir İraq neft boru kəmərini partlatmaqla ölkənin Türkiyəyə neft köçürməsini əngəlləyirlər.
İraq, neft ixracatına kəskin şəkildə ethiyaclıdır və ölkə hökuməti ötən illərdə neft təsisatlarının bərpa edilməsi üçün önəmli şəkildə fəaliyyət göstəriblər.
