DünyaXƏBƏRLƏR

Misir polisi İxvanül-Müslimin tərəfdarlarına hücum etdi

Misirin təhlükəsizlik qüvvələri İxvanül-Müslimin hərəkatı tərəfdarlarının etiraz aksiyasına hücum edərək, onları dağılışmağa məcbur ediblər.

İxvanül-Müslimin hərəkatının tərəfdarları cümə günü bu ölkənin müvəqqəti hökumətinin İxvanül-Müslimin hərəkatını terrorçu olan etməsinə etiraz olaraq aksiya keçiriblər.
Bu məlumata görə, Misir polisi paytaxt Qahirənin cənubunda yerləşən əl-Məadi məntəqəsi və şəhərin şərqində yerləşən Nəsr qəsəbəsində habelə, Cizə vilayətinin müxtəlif məntəqələrində aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazlardan istifadə edib.
Həmçinin, Misir silahlı qüvvələri tərəfindən elan olunmuş “Yol Xəritəsi” layihəsini himayə məqsədilə İsgəndəriyyə şəhərinin “Qaid İbrahim” meydanında mitinq təşkil edilib.
Bu arada cümə günü səhər saatlarından paytaxt Qahirədə həssas məntəqələr o cümlədən Prezident Sarayının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu