İranın islam şurası məclisinin millət vəkilləri Beyrutda İranın səfirliyi önündə terror hücumu amilinin istintaqında iştirak etməyin beynəlxalq hüquq-normalarına əsasən , İranın haqı olduğunu bildirirlər.
İranın islam şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cəhangirzadə Beyrutda İranın səfirliyi qarşısında bomba partlayışı törətməsinə görə , Livan ordusunun təhlükəsizlik bölməsi tərəfindən həbs edilən Abdullah Ezam terrorçu qruplaşmanın başçısı Macid Əl-Macidin ekstradisiyası üçün Ərəbistanın təzyiqlərinə işarə edərək deyib : Macid Əl-Macidin istintaq edilməsi bəzi informasiyaları aşkar edə bilər ki, Ali-Səud üçün xoşa gəlməzdir.
Cəhangirzadə deyib : Bu informasiyalar region ölkələri və xalqları əleyhinə olan partlayışlar və fitnəkar planlarda, Ali-Səud rejiminin bilavasitə olaraq əlinin olmasını aşkar edə bilər.
İranın islam şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü sonra deyib : Macid Əl-Macidin istintaq iclaslarında iştirak etmək beynəlxalq hüquq –normaları baxımından İİR-nın haqqıdır.
Livan ordusunun informasiya və təhlükəsizlik təşkilatı, son zamanlar uğurlu bir əməliyyat həyata keçirərək Bəlad Şam da Abdullah Ezam briqadaları adlı terrorçu qruplaşmanın başçısı Macid Əl-Macidi həbs etdi.