İranın xarici işlər naziri türk rəsmiləri ilə görüşmək məqsədlə bu gün ( 4 yanvar ) Türkiyəyə səfər edib.
Məhəmməd Cavad Zərif İstanbula bir günlük səfəri çərçivəsində türk həmkarı Əhməd Davudoğlu ilə görüşəcək.
Görüşdə ikitərəfli , regional və beynəlxalq məsələlər eləcədə son region olayları o cümlədən , Suriya məsələsi və onun həlli yolları barədə müzakirə aparacaq.
Zərifin Türkiyəyə səfəri türk həmkarının dəvəti əsasında baş tutur.