“Financial Times” nəşriyyatı 2014-cü ildə turizm mövzusunu araşdıraraq, yazır: İran bu il dünyanın ən çox səfər edilən ölkəsinə çevrilə bilər.
Bu nəşriyyat orqanı 2014-cü il üçün dünya ölkələrinin turizmlə bağlı cazibədarlıqlarından nümunələr təqdim edərək, xizəkçilik pistindən tutmuş sahillərinə, islami memarlığından tutmuş fövqəladə xörəklərinə kimi İranın turizm cazibədarlıqlarından yazıb.
“İndi turizm şirkətləri ümidvardırlar ki, Qərb ilə İran arasındakı münasibətlərin normallaşması fonunda turistlərin İrana səfər etməyə rəğbətləri artmış olsun.
Vild Frontiyerz turizm şirkətinin təsisçisi Coni Belbi indinin özündə İrana səfər etmək istəyən turistlər arasında 30% artımın olduğunu vurğulayaraq, deyib: Biz 10 ildir ki, İran turlarını heç bir problem olmadan təşkil edirik. Əslində hər dəfə bizim İrana səfər edən turistlərdən eşitdiklərimiz onların iranlıların qonaqpərvərliyi və səmimi münasibətlərindən son dərəcə razı qalmalarıdır.