AsyaDünyaİraqXƏBƏRLƏR

İraqda baş vermiş partlayışlarda ölü və yaralı sayı 40-a çatdı

İraqın xəstəxana mənbələri bazar günü ölkənin müxtəlif məntəqələrində baş vermiş terror aktlarında 40 nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.

BMT-nin İraqdakı ofisi isə bildirib ki, 2013-cü ildə İraq terror aktlarında ən çox itkinin şahidi olub. Belə ki, həmin il ərzində 7818 sivil həyatını itirib.
BMT tərəfindən açıqlanan statistik məlumatlara görə, yalnız dekabr ayında İraqda 759 nəfər həlak olub. Onların 661-i sivil, 98-i isə təhlükəsizlik əməkdaşı olub.
Bu arada həm sivil, həm təhlükəsizlik əməkdaşları sırasından ümumilikdə itki sayı 2013-cü il üçün BMT tərəfindən 8868 nəfər elan olunub.
İraq hökumətinin terrorizmə qarşı mübarizəni gücləndirməsinin ardınca bu ölkə ötən Aprel ayından sistematik terror aktlarının şahididir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu