Almaniya parlamentində xristiyan partıyalar fraksiyasının sədr əvəzi. Suriya böhranının yeganə çıxış yolunun siyasi yol olduğunu deyərək İran İslarm Respublikasının Cenevrə 2 iclasında iştirakını dəstəkləyib.
Tehranda səfərdə olan Şokenhof ötən gün İran xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müvaini Məcid Təxti Rəvançı ilə görüşdə, iki ölk münasibətləri xususilə də İran və Almaniya arasında siyasi- iqtisadi və mədəni əlaqələrə toxunaraq hazırkı durumda İran ilə siyasi proseslərdə etimadın yaradılmasının zəruri olduğu üzərində təkid edib.
Almaniya parlamentinin xristiyanlar partiyası fraksiyasının sədr əvəzi İranın regiondakı yeri və fəal rolunu vurğulayaraq İran ilə regional məsələlər üzrə əməkdaşlıqların aparılması üçün Almaniyanın maraqlı olduğunu bildirib.
Məcid təxti Rəvançı isə beynəlxalq və regional məsələlər üzrə ifratçılıq və ondan mənşə alan təhülkələri sadalayaraq, ifratçılıqla mübarizənin aparılması üçün bütün ölkələrin ciddi əməkdaşlığı üzərində təkid edib.
İran xarici işlər nazirinin müavini bildirib ki, Amerikanın Əfqanıstan və İraqda həbri iştirakına rəğmən, bu ölkələrdə ifratçılıq durmadan davam edir və hətta Suriyaya da köçürülüb.
İranlı diplomat İranın sülhməqsədli nüvə proqramının NPT normaları və zənginləşdirmə hüququna malik olduğunu deyərək bildirb ki, Biz qarşı tərəfin məntiqi və legitim nigarançılıqlarını ortadan qaldırmaq iqtidarındayıq.
İranın 5+1 qrupu ilə müzakirə heyətinin üzvü açıqlayıb: Cenevrə anlaşmasına əsasən, bütün tərəflər gələcəyi nəzərə almalıdırlar və bu prosesin gedişatını əngəlləyən tərəflərin qarşısını almalıdırlar.