Fələstin Azadlığı Uğrunda Təşkilatının icraiyyə komitəsinin üzvü sionist rejimin Beytül-Müqəddəsdəki qazıntılarını bu rejimin tarixi öz xeyrinə saxtalaşdırmağa cəhd adlandırıb.
Fələstinin PNN xəbər telekanalının məlumatına görə, Əhməd Qəri verdiyi bəyanatda sionist rejimin çərşənbə axşamı günü Beytül-Müqəddəsin qədim hissəsi olan Əlvad yolunun altındakı qazıntılar aparmasını pisləyərək bu məntəqədəki tarixi abidələr və sütunların muzeylərə köçürülməsi istiqamətində qarət olunması, eləcə də bu tərzdəki hərəkətlərin tarixi saxtalaşdırmaq və bu tarixi abidələri İsrailə aid etmək məqsədi daşıdığını bildirib.
Əbu Qərinin sözlərinə görə, Beytül-Müqəddəsin qədim hissəsindəki qazıntıların davam etməsi və işğal olunmuş Qüdsdə bu rejimin tarixi mövcudluğunu sübut edəcəyi iddia olunan əsərlərin tapılması istiqamətində tədqiqatın aparılmasında sionist rejimin israrı nəticəyə çatmayacaq.